İdman

“Bavariya” 45 illik rekordu təkrarlayıb

Almaniya Bundesliqasının VIII turunda “Bayer”lə qarşılaşan “Bavariya” 5:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bu nəticə Münhen klubu üçün əlamətdar olub.
İlk 8 turda ümumi qollarının sayını 29-a çatdıran Yulian Naqelsmannın yetirmələri Bundesliqa rekordunu təkrarlayıb. Komanda 1976/77 mövsümündə də eyni göstəriciyə imza atmağı bacarıb. Bununla “Bavariya” 45 illik rekordunu təkrarlayıb.
Qeyd edək ki, son çempion növbəti turda “Hoffenhaym”la qarşılaşacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button