Dünya

Batumidə uşaq xəstəxanasında tavan uçub

Gürcüstanın Batumi şəhərində İaşvili adına ana və uşaq xəstəxanasında palataların birində asma tavan uçub.
“Report”un yerli bürosu xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı palatada 4 uşaq olub.
İnsident zamanı xəsarət alan olmayıb. Uşaqların valideynləri xəstəxanaya polis çağırıblar.
Klinikanın rəhbərliyindən bildirilib ki, hadisənin səbəbi araşdırmalardan sonra məlum olacaq.
Xəstəxanaya artıq Batumi meriyası və Fövqəladə Halların İdarə Olunması Xidmətinin nümayəndələri baş çəkib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button