İdman

Batumidə Gürcüstan-Yunanıstan matçı azarkeşsiz keçiriləcək

Bu gün futbol üzrə dünya çempionatı 2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin növbəti turu çərçivəsində Batumi mərkəzi şəhər stadionunda keçiriləcək Gürcüstan-Yunanıstan matçı azarkeşsiz keçiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə müvafiq qərarı Gürcüstanın Qurumlararası Koordinasiya Şurası qəbul edib.
Batumidə 8 nəfərin ölümü ilə nəticələnən yaşayış binasının çökməsinə görə müvafiq qərarın qəbul edildiyi bildirilib.
Biletlər üçün ödənilən məbləğin geri qaytarılacağı açıqlanıb. Azarkeş qismində yalnız Batumidə olan Yunanıstan nümayəndələrinin buraxılacağı bildirilib.
Oyun bu gün saat 20:00-da Batumi mərkəzi şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar Gürcüstanda 11 oktyabr matəm günü elan edilib

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button