Dünya

Batumidə əcnəbi qadını bıçaqlayan Gürcüstan vətəndaşı özünü öldürüb

Gürcüstanın Batumi şəhərində bulvar ərazisində insident baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan vətəndaşı olan gənc qadın turisti bıçaqlayıb.
Belarus vətəndaşı olan qadın xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükənin olmadığı bildirilir.
Hadisəni törədən şəxs daha sonra özünü öldürüb.
İnsidentin dəqiq səbəbi hələ məlum deyil. Yayılan məlumatlara əsasən, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı istintaq tədbirləri aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button