Dünya

 Batumi şəhərində dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb

Gürcüstanın Batumi şəhərində çökmüş binanın dağıntıları altından 1 nəfərin meyiti çıxarılıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs qadındır.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, indiyədək bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb. Onlardan biri – gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. 
08.10.2021. 23:19
Gürcüstanın Batumi şəhərində çökmüş binanın dağıntıları altından daha 1 nəfər xilas edilib.
“Report”un yerli bürosu xəbər verir ki, axtarış-xilasetmə işləri artıq 11 saatdır davam etdirilir.
Qeyd edək ki, indiyədək 5 nəfər dağıntılar altından sağ çıxarılıb. Onlardan biri – gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. 
19:07
Batumidə çökmə baş vermiş binanın dağıntıları altından daha 1 nəfər xilas edilib.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxsə tibbi yardım göstərilir.
İndiyədək ikisi uşaq olmaqla 4 nəfər sağ tapılıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, dağıntılar altında 15-ə yaxın insanın olduğu bildirilib. 
15:02
Batumidə çökən bina hissəsinin dağıntıları altından ikisi uşaq olmaqla 4 nəfər çıxarılıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər xəstəxanaya çatdırılıb.
Dağıntılar altında 20-yə yaxın insanın qaldığı bildirilir.
Batumi meriyasının məlumatına əsasən, çökmüş blokda 15 ailə yaşayıb. 
13.17
Batumidə çökmüş binanın dağıntıları altında insanlar qalıb.
“Report”un yerli bürosu xəbər verir ki, xilasedicilər iki sakinin çağırışlarını eşidib.
Hazırda onların dağıntılar altından çıxarılması üzrə işlər aparılır, digər insanların axtarışları davam edir.
Batumi meriyasından bildirilib ki, bina yaşayış üçün yararlı olub və tikili amortizasiyaya uğramayıb.
Xilasetmə işlərinə ətraf bölgələrdən də xilasedicilər cəlb olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. 
12:43
Batumidə çökmə baş vermiş yaşayış binasında təmizləmə və xilasetmə əməliyyatı aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, yerli sakinlər xilasedicilərə kömək edirlər.
Binanın yaxınlığında olan bir neçə avtomobil dağıntılar altında qalıb. Onların birində uşaq olub. Xilasedicilər onu xilas edib. Yüngül xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb.
Şahidlərin sözlərinə görə, çökmədən öncə partlayış səsi eşidilib.
Eyni zamanda dağıntılar altından daha bir uşaq xilas edilib. Körpə xəstəxanaya çatdırılıb.
Acarıstanın hökumət başçısı Tornike Rijvadze hadisə yerindədir.
Binadan sakinlər təxliyə olunur. Ərazidə təmizləmə və xilasetmə işləri davam edir.
12:04
Gürcüstanın Batumi şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında çökmə baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, əraziyə xüsusi texnika, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xəsarət alanlarla bağlı məlumat hələ yoxdur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button