İdman

Basketbolçu NBA-da tarixi rekorda imza atıb

“Qolden Steyt”in oyunçusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekorda imza atıb.

“Report” xəbər verir ki, 33 yaşlı idmançı buna “Nyu-York Siti”ni 105:96 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub.

Karrinin 3 xallıq atışlarından 5-i dəqiq alınıb. O, karyerasında 2977 dəfə qövsdən kənarda fərqlənməyi bacarıb. Basketbolçu “Boston” və “Mayami”də çıxış etmiş Rey Allenin (2973) rekordunu arxada qoyub.

Qeyd edək ki, Stefen Karri üç dəfə NBA çempionu olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button