İdman

“Başakşəhər”in futbolçusu Azərbaycanda oynamaq istəyir

“Başakşəhər”in daha bir futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, yarımmüdafiəçi Serhan Üresin Premyer Liqa klublarının maraq dairəsində olub.
Ötən il Azərbaycanın U-19 yığmasına çağırılan sağ cinah oyunçusu üçün bir müddət əvvəl hətta “Sabah”dan konkret təklif də olub. Lakin Türkiyə klubu 19 yaşlı oyunçunun keçidinə razılıq verməyib. İstanbul nəhəngi hücumameyilli futbolçunun icarə əsasında “Neftçi”də oynayan Mert Çelik kimi, sonradan Azərbaycanın əsas millisini seçməsindən narahatdır. Bu səbəbdən vingerin “Sabah”a keçidi baş tutmayıb.
Lakin “Başakşəhər”in U-19 komandasında yer alan Serhan özü də yüksək liqada çıxış etmək istəyir və Azərbaycana yollanmağa müsbət yanaşır. Həmçinin futbolçunun meneceri Super Liqa təmsilçisini razı sala bilib. “Başakşəhər” Serhan Üresinin keçidi müqabilində 50 min lirə (təxminən 10 min manat) istəyib.
Qeyd edək ki, U-19 yığmamızın üzvünün “Başakşəhər”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button