Siyasət

Baş redaktor açıqlama verdi – BƏYANAT

Teref.az saytının baş redaktoru olaraq tam məsuliyyətimlə bəyan edirəm ki, mənə qarşı qaldırılan cinayət işi qondarmadır və heç bir əsası yoxdur.
http://teref.az/manset/91308-azerenerjiyoxlanir-pirverdiyev-ishiq-terroru-uchun-dindirilir-finski-korrupsiya.html
http://teref.az/manset/91308-azerenerjiyoxlanir-pirverdiyev-ishiq-terroru-uchun-dindirilir-finski-korrupsiya.html
Mənə qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Buna sübut üçün cinayət işini təməli olan yazıların linklərini burda qoyuram.Kim istəsə açıb oxuya bilər.Bu yazılarada dövlətə qarşı hansısa fikirlri tapan AMEA-nın mütəxəsisinin(adı və soyadı mənə məlumdur, onunda rəyini çap edəcəm) savadına şübhə edirəm və ya o da kiminsə tapşırığı ilə hazır rəyə imza atıb.
Bir vətənpərvər insan və Qarabağ əlili kimi bu işi Azərbaycan dövlətinə qarşı bilərəkdən və ya bilməyərəkdən atılan addım hesab edirəm.
Mətbuatla bağlı istənilən bir işin beynəlxalq səviyyəyə qalxacağını bildiyimə, adımın və saytımın adının ölkəmə qarşı istifadə ediləcəyindən təəssüf hissi keçirdirəm.
Özüm və saytım Azərbaycan qanunvericiliyinin icazə verdiyi sərhədlərdə işləmişik. KİV haqqında qanunun 62 maddəsinin 3 bəndini əlimdə rəhbər tutaraq tam günahsız olduğumu və bütün ittihamların saxta olduğunu bəyan edirəm.İnanıram ki, ölkə rəhbərliyi belə biabırçılığa göz yummayacaq!
Hörmətlə Teref.info saytının baş redaktoru, 2 ci qrup Qarabağ əlili – Nurəddin İsmayılov (XOCA)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button