Siyasət

Baş prokurorundan Araik Arutyunyanla bağlı mühüm AÇIQLAMA

“Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb”.

Savash.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, həmin ittihamlar sübutlarla təsdiq olunub: “Gec-tez həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq”.

Baş prokuror onu da qeyd edib ki, əvvəllər qanunsuz fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ Respublikasının rəhbərləri” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ümumilikdə 304 nəfər axtarışa verilib.

Axtarışda olanlardan 40 nəfəri Xocalı soqırımının iştirakçılarıdır. /APA



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button