Siyasət

Baş Prokurorluğun bir qrup əməkdaşı Rusiyada səfərdə olub

Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında imzalanan 24 iyun 2019-cu il tarixli “Əməkdaşlıq haqqında” sazişin icrası ilə əlaqədar 2021-2023 illəri əhatə edən Əməkdaşlıq proqramının 1-ci bəndinə uyğun olaraq “Prokurorların məhkəmələr tərəfindən baxılan mülki və arbitraj, eləcə də inzibati xətalara dair işlərdə iştiraklarının təmin edilməsi istiqamətində işin təşkili” mövzusunda Moskva şəhərində noyabrın 29-30-da keçirilən tədbirdə bir qrup prokurorluq əməkdaşı iştirak edib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi qrupun tərkibində CTKİİ-nin prokuroru Babək Zakirzadə, Səbail rayon prokurorunun köməkçisi Hillal Abbasov və Qazax rayon prokurorunun köməkçisi Tərlan Kərimov görüşlərdə iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri Rusiya Federasiyası Baş Prokurorluğunun Mülki Mühakimə Baş İdarəsi və onun tərkibində olan Mülki, İnzibati və Arbitraj İşlərində Məhkəmə Baxışlarında Prokurorların İştirakının Təmin Edilməsi İdarəsinin, Federal Qanunvericiliyin İcrasına Nəzarət Baş İdarəsinin Azyaşlıların Hüquq, Azadlıqlarının və Maraqlarının Təmin Edilməsi İdarəsinin, Hüquqi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin və digər struktur qurumlarının rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirmişlər. Rusiya Federasiyasında ictimai maraqların, xüsusilə də ətraf mühitin qorunması və əhalinin həssas qruplarının maraqlarının qorunması, bu məqsədlə mülki iddiaların qaldırılması, inzibati icraatların başlanması təcrübəsi öyrənilmiş, hüquqi ədəbiyyat və informasiya resurslarından davamlı istifadə edilməsi məsələsi müzakirə olunub.

Eyni zamanda, nümayəndə heyətinin üzvləri Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin ətraf mühitin qorunması, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunması məqsədilə gördüyü işlər, mövcud qanunvericiliyin tələbləri barədə rusiyalı həmkarlarına məlumat veriblər.

Daha sonra Rusiya Baş Prokurorluğunun əməkdaşlarına cinayət təqibindən kənar icraatlar sahəsində prokuror fəaliyyəti üzrə toplanan təcrübənin öyrənilməsinin zəruriliyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycanın prokurorluq orqanlarında həyata keçirilən islahatlar, xüsusilə şəffaflığın və cavabdehliyin təmin edilməsi məqsədilə mütərəqqi Avropa və dünya standartlarının tətbiqi istiqamətində görülən tədbirlər Rusiya Baş Prokurorluğunda xüsusi maraqla qarşılanıb.

“Əməkdaşlıq haqqında” saziş hər iki ölkənin Baş Prokurorluqları arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsinə xidmət edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button