Gündəm

Baş nazir: “Bu günədək Ukraynadan Azərbaycana 9 246 nəfər təxliyə edilib”

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsi məsələsi diqqət mərkəzindədir”.

“Report”un xəbərinə görə, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı təxirəsalınmaz tədbirlər görülür: “Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9 246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button