GündəmManşet

Baş Konsul: “Qarsda qəzada həyatını itirən iki Şərur sakinin cənazəsi Naxçıvana göndəriləcək”-yenilənib

“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.

Bunu APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib: “Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək”.
Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.

***

Ötən gün axşam saatlarında Türkiyənin Qars vilayətində İğdır-Ankara reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qars-Ərzurum yolunda baş vermiş qəzada azı 4 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır.

 

Qəzanın Qarsın Sarıqamış rayonunda, Mscitli kəndi yaxınlığında baş verdiyi bildirilir.  3 DMZ 566 nömrə nişanlı sərnişin avtobusu yolun buzlaması və duman nəticəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtobusun sərnişinlərindən olan Azərbaycan vətəndaşları G.Niyazova (19 yaş) və Fazilə İsmayılova (60 yaş) həlak olublar. Həlak olanlardan digər ikisi Türkiyə vətəndaşıdır. 25 nəfər ağır yaralanıb, yaralılar yerli xəstəxanalara çatdırılıb.

virtualaz.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button