Cəmiyyət

Baş həkimin müavini: “Koronavirusla bağlı təcili yardıma müraciətlər azalıb”

“Son zamanlar ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Bu da təcili tibbi yardıma edilən müraciətlərin sayına təsir göstərib”.

Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

Onun sözlərinə görə, yoluxma sayı az olanda təcili tibbi yardıma da müraciət azalır: “Gün ərzində çox az sayda xəstəxanaya çatdırılma olur. Bəzən adi soyuqdəyməsi olanda da insan həkimə müraciət edib yoxlanmaq istəyir. Son vaxtlar COVID-19-la əlaqəli təcili yardıma müraciət sayında azalma qeydə alınır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button