İdman

“Barselona”ya “yox” deyən oyunçunu tanımıram” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haalandı almaq şanslarını dəyərləndirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Mən “Barselona”ya “yox” deyən oyunçunu tanımıram. Əgər oyunçu ilə ünsiyyət qurmaq imkanı varsa, ona “Barselona”da nələr olduğunu, komandanın necə oynadığını, necə məşq etdiyini söyləməlisiniz. Ona bildirməliyik ki, “Barselona” ən yaxşı klub və gözəl şəhərdir”.

Qeyd edək ki, 21 yaşlı oyunçu bu mövsüm 20 oyunda 23 qol vurub və 6 qolun ötürməsini verib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button