İdman

“Barselona” tarixində 3-cü dəfə avrokuboklara 2 məğlubiyyətlə başlayıb

“Barselona” Çempionlar Liqasının ilk iki turunda böyük hesabla uduzub.Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi “Bavariya”nın ardınca “Benfika”ya da 0:3 hesabı ilə məğlub olub.Bu, klub tarixində 3-cü belə hadisədir ki, startdakı ilk iki qarşılaşmada məğlubiyyət alınır. “Barselona” 1966/67 və 1972/73 mövsümlərinə də ardıcıl iki yenilgi ilə başlayıb. Hər iki uğursuzluq UEFA kubokuna təsadüf edib.Kataloniya təmsilçisi Çempionlar Liqasında 5 matçdır qalib gəlmir. Bu oyunlarda 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb. 2 qol vuran komanda 14 top buraxıb.Çempionlar Liqası tarixində 140 dəfə hər hansı komanda qrupdakı ilk iki matçda uduzub. Onlardan yalnız 12-si sonradan mərhələ adlaya bilib.“Barselona” yalnız 2007/08 mövsümünə baxanda nikbinlik yaşaya bilər. 14 il öncə “Lion” ilk iki matçda barselonalılar kimi böyük hesabla uduzub. “Barselona” və “Reyncers”ə eyni – 0:3 hesabı ilə məğlub olan Fransa klubu qrup səddini adlaya bilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button