İdman

“Barselona” ispaniyalı hücumçunun keçidini həll edib

İtaliya “Yuventus”unda çıxış edən Alvaro Morata karyerasını İspaniya “Barselona”sında davam etdirəcək.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə “Atletiko” (Madrid) klubuna məxsus olan 30 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəlib.

Forvard yanvarda “Barselona”ya keçəcək və 18 aylıq icarəyə götürüləcək. Klub La Liqadakı maaş həddidə görə hələlik Moratanın keçidini elan edə bilməyəcək.

Qeyd edək ki, Alvaro Morata cari mövsüm “Yuventus”un heyətində 22 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button