İqtisadiyyat

Bakının ticarət dövriyyəsi 15 mlrd. manata yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 14,603 mlrd. manat təşkil edib.
“APA-Economics”in Bakı şəhəri Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 7,429 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4% artaraq 7,174 mlrd. manata bərabər olub.
Qeyd edək ki, istehlak məhsullarının 37,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button