Cəmiyyət

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

8 noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

“Report”un xəbərinə görə, məhdudiyyət paytaxt ərazisində keçirilən tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.

Qeyd edək ki, yürüş Azneft dairəsindən başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilib.

Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button