İqtisadiyyat

Bakının ictimai məkanlarında termal kameralar quraşdırıla bilər

Bakının bir sıra ictimai məkanlarında və dövlət qurumlarında pandemiya ilə əlaqədar olaraq termal kameraların tətbiqi tələb olaraq irəli sürülüb.
Bunun “APA-Economics”ə “B2B Group” şirkətinin baş kommersiya direktoru Samir Poladov deyib.
Onun sözlərinə görə, bir sıra ölkədə olduğu kimi, bu texnoloji yeniliyin Azərbaycanda da tətbiqi istisna edilmir: “Termal kameralar kütləvi şəkildə daxil olanların hərarətini ölçə bilir. Həmçinin daxil olan şəxsin üzündə maska taxılı olub-olmadığını da müəyyən edir və bundan asılı olaraq girişə icazə verib-verməmək kimi xüsusiyyətləri var. Hazırda bu sistem Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində tətbiq olunub”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button