Cəmiyyət

Bakıdakı məktəblərdən birində iki gündür işıq yanmır

Bakının 167 nömrəli tam orta məktəbində iki gündür işıq yanmır.

Bunu həmin məktəbdə oxuyan şagirdlərin valideynləri deyiblər.

Onlar qeyd ediblər ki, elektrik enerjisi olmadığına görə şagirdlər soyuq sinif otqalarında dərs keçirlər.

“Report”un sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, təhsil ocağının yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib, nəticədə məktəbə elektrik enerjisinin verilməsi kəsilib: “Azərişıq” ASC bu gün problemi həll etməyə çalışır. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur. Tədris prosesi davam edir, davamiyyət normaldır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin elektrik enerjisi təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub: “Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button