Gündəm

Bakıda Zəfər yürüşü keçirilib

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilib. Hərbi orkestrin müşayiəti ilə “Azneft” dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edib.

Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını tutublar. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları çiynlərində 470 metr uzunluğunda Azərbaycan bayrağı daşıyıblar.

Bakıda 8 Noyabr – Zəfər Gününə həsr edilən Zəfər yürüşü Hərbi Qənimətlər Parkında sona çatıb.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla yekunlaşıb.

 

 

 

 

Könül Cəfərli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button