Cəmiyyət

Bakıda yeniyetmə döyülərək ağır xəsarət alıb

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən döyülmə baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2007-ci il təvəllüdlü Ş.Əsgərov oğlu tanıdığı şəxs və yaxud şəxslər tərəfindən döyülüb.
Ş.Əsgərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və ənsə sümüyünün sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button