Cəmiyyət

Bakıda yaşayış binasında sakinlərə yaranmış təhlükə aradan qaldırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərrikinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə “Report” FHN-ə istinadən xəbər verir.
Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button