Cəmiyyət

Bakıda Yaponiya-Azərbaycan dostluq ili ilə bağlı ağacəkmə aksiyası keçirilib

 

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyi ilə əlaqədar  ağacəkmə aksiyası keçirilib. Aksiya Bakının Müşfiqabad qəsəbəsində baş tutub.

Bu aksiya “Yaponiya-Azərbaycan Dostluq İli”nin açılış tədbiri kimi ilboyu keçiriləcək silsilə tədbirlər üçün başlanğıc tədbiri olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi, “Itochu” şirkətinin Bakı ofisinin rəhbəri Yasuhiro Nakajima, ekokönüllülər, Bakı Dövlət, Azərbaycan Dillər Universitetlərinin və ADA Universiteti Sakura Klubunun tələbələri, “yapon.az” yapon dili və mədəniyyəti mərkəzinin tələbələri, Zirvə Liseyi və 225 saylı orta məktəbin müəllim və şagird kollektivi və digər Yaponiyasevərlər iştirak edib.

İki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 3000 müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, 7 sentyabr 2022-ci il tarixində Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinin tamam olması ilə bağlı 2022-ci il “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunur və bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button