Cəmiyyət

Bakıda üç piyada yol qəzalarında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Məmmədova Sevinc Gündüz qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin əziyi diaqnozları qoyulub.
Bundan başqa Nəsimi rayonunda motosiklet yolu keçən 1954-cü il təvəllüdlü Axundova Səadət Kazım qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Masazır qəsəbəsində də piyadanın xəsarət alması ilə nəticələnə yol qəzası baş verib. Belə ki, avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Təhməzov Ruslan Asif oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Hər dörd hadisə ilə bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button