İqtisadiyyat

Bakıda tullantı sularının idarə olunması üçün 11 hövzə tikiləcək

“Azərsu” ASC “Masterplan” çərçivəsində çalışır. Sözügedən plan 2035-ci ilədək əhalinin sayının və Abşeron yarımadasında sənaye şəhərlərinin həcminin artması nəzərə alınaraq tərtib olunub.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov deyib.
ASC-nin rəsmisi bildirib ki, plana uyğun olaraq su təchizatı sistemi üzrə işlərin 49%-i, suların idarə olunması sistemi üzrə isə işlərin 14%-i görülüb.
“Bakı şəhərində tullantı sularının idarə olunması üçün 11 hövzə nəzərdə tutulub ki, bu hövzələrdə 11 təmizləyici qurğu tikiləcək. Ümumilikdə, bunların məhsuldarlığı 1,4 mln. kubmetr tullantı suyun idarə olunması deməkdir”, – T. Cabbarov deyib.
ASC rəsmisi onu da qeyd edib ki, plana uyğun olaraq, təqribən 150 km uzunluğunda tunel və yeraltı kəmərlər tikilməli, 680 min km kanalizasiya şəbəkələri qurulmalıdır. Layihələr hazırda mərhələli şəkildə icra olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button