Cəmiyyət

Bakıda tikilməkdə olan bina çöküb, üç nəfər xəsarət alıb – rəsmi

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

“İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – açıqlamada deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button