Mədəniyyət

Bakıda Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans təşkil edilib

 

Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın məşhur fotoqrafı Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans keçirilib.

Qarışıq formatda keçirilən “Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd” adlı konfransda Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert, xanım Matild Falqiyer sənətkarın həyat və yaradıcılığından, Qafqaza səyahətlərindən söhbət açıb.

Qeyd edək ki, konfrans Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilən “Pol Nadar. Bakıya əsrarəngiz səyahət” adlı sərgi çərçivəsində təşkil edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button