Mədəniyyət

Bakıda Pasxa münasibətilə tədbir keçirilib

Bakı Lüteranlar Kilsəsində Pasxa bayramı münasibətilə tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkənin xristian icmalarını bayram münasibətilə təbrik edib.

“Dini icmalar arasında sülhü qoruyub saxlamaq əsas vəzifələrimizdən biridir. Bildiyiniz kimi, Azərbaycanda bütün dinlərə münasibət tolerantdır, hər bir vətəndaş dini etiqadını seçməkdə sərbəstdir”, – deyən komitə rəsmisi Birinci və İkinci Qarabağ müharibələri zamanı da müxtəlif dinlərin nümayəndələrinin Vətənin müdafiəsinə qalxdıqlarını, bir çoxlarının da şəhid olduğunu xatırladıb.

Tədbirdə, həmçinin xristian icmaların rəhbərləri Pasxa bayramı münasibətilə təbriklərini çatdırıblar. Onlar bu günlərdə Hadruta səfərdən təəssüratlarını da bölüşüblər.

“Tanrı dualarımızı eşitdi. Torpaqlarımız artıq azaddır, buna görə tanrıya şükürlər olsun”, – deyə “Vineyard” dini icmasının nümayəndəsi Emil Pənahov bildirib.

“Pasxa bayramı xristianlar üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də Hadruta səfərimiz əlamətdar hadisə olub, çünki bütün xristian icmalarımız 30 ildir torpaqlarımızın azad olması üçün dua edirdilər”, – deyə “Alov” dini icmasının rəhbəri İdris Məmmədov qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button