İqtisadiyyat

Bakıda ötən il 200-ə yaxın işıqfor quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) ötən il paytaxtda 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat işıqforu quraşdırıb.

Agentliyin məlumatda deyilir ki, 2021-ci ildə Bakının 27 küçə və prospekintdə 120-ə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. Nizamlanan piyada keçidlərində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə 58 məntəqədə mövcud işıqforlara piyada seksiyası quraşdırılıb. 10 məntəqədə işıqfor səs siqnalı ilə təchiz edilib.

küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb. 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb.

19 taksi duracaq məntəqəsi təşkil edilib. İl ərzində Bilgəh qəsəbəsində əsasən istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu təşkil edilib. Şəhər mərkəzində isə 7,5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb. Pilot layihə olan bu yolun artıq ilk 2 km-ə qədər hissəsinə asfalt örtük vurulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button