İqtisadiyyat

Bakıda NATO-nun dəstəyi ilə kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçiriləcək

27-29 oktyabr tarixlərində NATO-nun dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutundan “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans təşkil olunacaq.
İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, üç gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru Rasim Əliquliyevin sözlərinə görə, NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransın rəhbərlik etdiyi institutun uzun illər ərzində formalaşdırdığı beynəlxalq əməkdaşlıq, dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eləcə də Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsi ilə mövcud olan elmi əlaqələrin məntiqi nəticəsidir.
Azərbaycanda belə bir nüfuzlu tədbirin təşkili NATO-nun Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisi hesab olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button