Mədəniyyət

Bakıda Müstəqil Teatrlar Festivalına start verilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Müstəqil Teatrlar Festivalının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, açılış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış incəsənət xadimləri və mətbuat nümayəndələri iştirak edib.

Festivalın təşkilatçılarından biri Xalq artisti Vidadi Həsənov bildirib ki, festival uzun müddətdən sonra Mədəniyyət Naziriliyinin yanında İctimai Şuranın köməyi ilə ilk dəfə keçirilir: “Bakıda 20-ə yaxın müstəqil teatr var. Buna görə sevindim. Düşünürəm ki, bu festival gəncləri daha da həvəsləndirəcək. Festival 7 gün davam edəcək. Festival çərçivəsində 11 tamaşa göstəriləcək. Həmçinin panellər keçiriləcək. İnsanları festivalda iştirak etmək üçün çağırıram”.

Daha sonra çıxış edən Fərəh Acalova festivalın işində uğurlar arzulayıb: “Bu təqdirə layiq layihədir. Bütün layihələrdə özəl teatrlara yer ayrılır”.

Daha sonra Üzeyir Hacıbəyovun “Məsəl ya?” tamaşası oynanılıb.

Qeyd edək ki, festival martın 6-dək davam edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button