Cəmiyyət

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində motosikletlə minik avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, 1997- cı il təvəllüdlü Ələsgərov Hacı Samir oğlu və sərnişini, 1998-ci il təvəllüdlü Əhmədov Yusif Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Ələsgərova sağ əlin açıq sınığı. Y.Əhmədova isə sol baldırın ön səthinin çapılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button