Cəmiyyət

Bakıda mənzildən 78 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 78 yaşlı qadının meyiti tapılıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Aminova Zoya Stepanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button