Cəmiyyət

Bakıda məhkumun evindən ov tüfəngi aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatları davam edir.
Penitensiar Xidmətdən “Report”a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button