Mədəniyyət

Bakıda Latviyanın “Kiçik bir millət- böyük Animasiya” Festivalı başlayır

Latviyanın Azərbaycandakı Səfirliyi “Park Cinema” ilə birgə əməkdaşlığə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq “Kiçik bir millət- böyük Animasiya” adlı Festival təşkil edir.

Animasiyadan söhbət açarkən, Latviya bütün dünyada vizual povest üslubu və animasiya müəllifləri ilə tanınan super gücə malik kiçik bir ölkədir.

Festivalın açılışı 15 noyabr bazar ertəsi saat 19:00-da “Park Cinema”-da (Flame Towers) olacaq. Açılışdan əvvəl Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiovun iştirakı ilə jurnalistlərlə görüşü olacaq.

Açılış günü Vladimir Leşçiovun  “Elektrikçinin Günü”, “Yeni ili gözləyirik”, “Yağışlı Günlər”, “Qanadlar və Avarlar” filmləri nümayiş olunacaq.

Latviya animasiyaları həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

Festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.

Festival çərçivəsində 16 noyabr saat 15:00-da “Park Cinema”-da Vladimir Leşçiov tərəfindən ustad dərsi təşkil olunacaq.

Biletlər üçün aşağıdakı linkə daxil olun:

https://iticket.az/events?q=&venue=163&start_date=&end_date=&price_min=&price_max=&sort=

Festival çərçivəsində Park Cinema Instagram səhifəsində Air Baltic-dən 2 bilet və “Park Cinema”- dan 2 bilet qazanmaq üçün müsabiqə açıq elan edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button