Mədəniyyət

Bakıda Latviyanın keçmiş prezidentinin kitabının təqdimatı keçirilib

Bakı Kitab Mərkəzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin  mədəni irsə həsr olunmuş FanatzEU Avropa Festivalı çərçivəsində Latviya Respublikası Səfirliyinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə təşkil etdiyi ədəbi gecə keçirilib.

Tədbirdə Latviyanın sabiq Prezidenti  (1999-2007) xanım Vayra Vike-Frayberqanın “Nizami Ganjavi’s Seven Beauties and others essays on literature” kitabının və latviyalı yazıçı Ernest Birzniek-Upitinin “Qafqaz hekayələri” kitabının təqdimatı baş tutub.

Tədbirə Latviyanın sabiq Prezidenti, xanım Vayra Vike-Frayberqa Zoom vasitəsilə qatıldı.

Ədəbi gecədə Latviyanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs, Missiya Rəhbərinin  müavini Viya Buşa, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək dahi şair və mütəfəkkir Nizami Gəncəvinin parlaq irsindən, onun yaradıcılığında qadın surətlərinin tərənnümündən danışıb.

Daha sonra Qərbi Kaspi Universitetinin rektoru Hüseynqulu Bağırov Universitetin Nəşriyyat – Poliqrafiya Mərkəzinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Qafqaz hekayələri” kitabının Azərbaycan və Latviya arasında dostluq əlaqələrinin dərinləşdirilməsində rolunu xüsusi qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button