Cəmiyyət

Bakıda kirayə mənzillər ucuzlaşıb

Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb.

Bu barədə Trend-ə “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Belə ki, fevral ayında Bakıda kirayə mənzillərin orta qiymətində 4,41 faiz ucuzlaşma müşahidə olunub və bir kvadrat metrin orta kirayə qiyməti 7,73 manat təşkil edib.

Fevral ayında bir otaqlı mənzillərin orta kirayə qiyməti 366 manat, iki otaqlı mənzillərin kirayə qiyməti 555 manat, üçotaqlı mənzillərin kirayə qiyməti 820, çoxotaqlı mənzilərin kirayə qiyməti isə 1183 manat təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button