İdman

Bakıda keçiriləcək beynəlxalq yarışlar üçün təşkilat komitələri yaradılıb

Milli Paralimpiya Komitəsində (MPK) bu il Bakıda keçiriləcək beynəlxalq yarışlara hazırlıq işləri davam etdirilir.

MPK-dan “Report”a verilən məlumata ngörə, 1 – 10 oktyabrda təşkil olunacaq parapauerliftinq idman növü üzrə dünya çempionatı, həmçinin 7 – 9 noyabrda gerçəkləşəcək paracüdo üzrə dünya çempionatına hazırlığın son mərhələsinə başlanılıb.

Bununla bağlı Milli Paralimpiya Komitəsində qurumun prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib. İ.Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar verib, eyni zamanda hər iki beynəlxalq yarış üçün təşkilat komitəsi təyin edib. Komitəyə rəhbərlik MPK-nın baş katibi Kamal Məmmədova həvalə olunub.

Daha sonra İ.Rəhimov Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə Yaponiyanın Nippon Fondu və Milli Abilimpiya Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda keçiriləcək “True Color Festival”-nın hazırlıq prossesi ile bağlı müvafiq tapşırıqlarını verib və festival üçün təşkilat komitəsi yaradılıb. Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı təşkilat komitəsinin rəhbəri təyin olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button