Mədəniyyət

Bakıda İtaliya mətbəxinin nümunələrinin təqdimatı olub

“VI Beynəlxalq İtaliya mətbəxi həftəsi” çərçivəsində Four Seasons Bakı otelində aşpazlar tərəfindən hazırlanan yeməklərin təqdimatı və dequstasiyası keçirilib.

İstiqlal.az xəbər verir ki, 3 Mişelin ulduzlu aşpaz Heinz Beck “İtalyan mətbəxinin ənənələri və perspektivləri: qida davamlılığının maarifləndirilməsi və gücləndirilməsi” mövzusunda çıxış edib.

Heinz Beck jurnalistlərə açıqlamasında Azərbaycanda ilk dəfə İtaliya mətbəxini təmsil etdiyini deyib: “Təqdim etdiyim menyu özündə italyan dadı, ənənələrini və müasirliyi birləşdirir. Sizə təqdim etdiyim menyuda İtaliya mətbəxinin seçmə təamları var. İtaliya mətbəxi ona görə dünyada sevilir ki, özündə müxtəlif dadları birləşdirir. Bu mətbəx “Tiramisu”, “pannakkota” və digər desertlərlə məşhurdur. Biz yeməyi böyük səbirlə hazırlayırıq. Hazırladığımız yeməklər sağlamlıq üçün də faydalıdır.”

Deyib ki, yalnız bir məşhur İtalyan yeməyindən danışmaq olmaz. Çünki, İtaliyanın ərazisi uzundur, şimal regionundan cənub regionuna qədər fərqli yemək növləri hazırlanır: “Məsələn şimal regionunda və mərkəzdə daha çox ət məhsulları, cənub regionunda, dəniz zonasında isə dəniz məhsullarından geniş istifadə olunur. Buna görə də, İtaliyan yeməklərinin müxtəlifliyi daha çox önə çıxır və yalnız hansısa bir məşhur yeməyi vurğulamaq olmaz. Və İtalyan mətbəxi yalnız makaron və pizzadan ibarət deyil, çünki İtaliyanın qədim ənənəsi var və zəngin qida məhsullarına malikdir ki, onlardan fərqli və gözəl yeməklər hazırlamaq olar. Məsələn sobada turşənglə dadlı balıq, və ya gözəl quzu əti hazırlaya və ya çingiali edə bilərsiniz, bunlar həqiqətən çox gözəl yeməkdir. Həm də ölkə tərəvəzlərlə zəngindir, müxtəlif meyvə növləri var və bu məhsullardan həm müasir, həm də ənənəvi yollarla yeməklər hazırlaya bilərik, o cümlədən, İtaliya mətbəxində fərqli şorba növləri var: bunlardan minestra, bulyonda balıq, pasta outsilla, balıq bulyonunda bişmiş makaronu misal göstərmək olar, İtaliyada “pasta tenerumi” adlanan yemək növü var, qabağın yalnız uzununa doğranmış yaşıl hissəsindən və pomidordan istifadə edərək bulyonda gözəl şorba hazırlanır”.
Qeyd edək ki, tədbir çərçivəsində aşpazlar üçün ustad dərsləri təşkil olunub.

Tədbir İtaliya Respublikasının Azərbaycandakı səfirliyi, İCE-İtaliya Ticarət Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button