Cəmiyyət

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Novruzov Əli Ziyad oğlu “20 Yanvar” metrostansiyasının yaxınlığındakı kafelərdən birində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, hər iki sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button