İdman

Bakıda dünya çempionu qətlə yetirilib

Bakının Nəsimi rayonunda qətl baş verib.

APA xəbər verir ki, hadisə Kazım Kazımzadə küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Zaur Yusifov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib.

Z.Yusifov kikboks idman növü ilə məşğul olub, dünya çempionudur.

Qeyd edək ki, Zaur Yusifov “Emin 444” ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button