Mədəniyyət

Bakıda Çexiyanın “Zarafat” adlı filmi nümayiş olunacaq

Aprelin 2-də Bakıda Milan Kunderanın eyniadlı məşhur romanı əsasında 1969-cu ildə çəkilmiş “Zarafat” adlı çex filmi nümayiş olunacaq.

Musavat.com bildirir ki, Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Landmark Baku Cine Club”- da nümayiş olunacaq film Azərbaycan və fransız dilində olan altyazılarla təqdim ediləcək.

Filmin nümayişi 2022-ci il Frankofoniya Günləri və Milan Kunderanın 93-cü ildönümünə həsr olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button