Mədəniyyət

Bakıda Braziliya Film Festivalına start verilib

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə, Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə Bakı Braziliya Film Festivalının açılışı olub.

İstiqlal.az  xəbər verir ki, açılışda çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, mədəni əlaqələrin qurulması iki ölkə arasında münasibətlərin inkişafından xəbər verir və belə festivalların keçirilməsi Azərbaycan mədəniyyətinin əməkdaşlığa açıq olmasının nümunəsidir.

Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos MManuel Adalberto Karlos Monteneqro Lopes da Kruz festivalın əhəmiyyətindən danışaraq deyib ki, nümayiş olunan filmlər vasitəsilə Braziliya mədəniyyətini daha yaxından tanımaq mümkündür.

Daha sonra “Qalib gəlmək üçün 10 saniyə” filmi nümayiş olunub.

Festival 3  aprel tarixinə kimi davam edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button