İqtisadiyyat

Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bu gün Azərbaycana işgüzar səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

N.Turnava ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muşla görüşlər keçirəcək. Hər üç nazir Bakıda keçiriləcək üçtərəfli biznes forumun açılış mərasimində iştirak edəcəklər.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanın ticarət və sənayə palataları arasında memorandum imzalanacaq.

Gürcü nazirin Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü də planlaşdırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button