Cəmiyyət

Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda yol qəzası olub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-da saat 17 radələrində paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakinləri – Cövdət Abdulovun idarə etdiyi “VAZ-2107” və Z.Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, C.Abdulov orada ölüb.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button