Cəmiyyət
Bakıda avtomobil yolu keçən qadını vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Mirişova Sona İslam qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.