Cəmiyyət

Bakıda 69 yaşlı şəxs itkin düşüb

Yevlax rayonunda qeydiyyatda olan 69 yaşlı Səlim Səlimov 2021-ci il sentyabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
“Həmin gün onun əynində üzərində boz nöqtələri olan qara rəngli köynək, qara rəngdə şalvar, göy rəngdə ayaqqabı olub. Ağ saçlı, dişləri seyrəkdir, qüsurlu danışır, çilə barmaqlarının hər ikisində ət xalı var.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (051) 300-03-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – Mətbuat Xidmətindən bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button