Cəmiyyət

Bakıda 28 yaşlı gənc yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Beə ki, 1993-cü il təvəllüdlü Əmrullayev Adil Nadir oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün sınığı, döş qəfəsinin küt travması və qabırğaların sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button