İqtisadiyyat

Bakı-Sumqayıt qatarlarının sayı artırılır – CƏDVƏL

Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında deyilir.
Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.
O cümlədən Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.
Yeni cədvəlləri təqdim edirik. Qeyd edək ki, cədvəllərdə əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button